İlk dəfə sonuncu pillədə - STATİSTİKA
11.01.2012 - 00:01
İlk dəfə sonuncu pillədə - STATİSTİKA
Azərbaycan yığması (U-19) Rusiyada Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirin tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, Vəli Qasımovun yetirmələri yarışın 31 illik tarixinə 12-ci yeri tutan ilk komanda kimi düşüb.

Belə ki, indiyədək 6 və ya 8 komandanın iştirak etdiyi yarışın ilk dəfə 12 yığma ilə oynanılması millimizə düşməyib. Keçirdiyi 4 oyunda yalnız 1 qələbə qazanan futbolçularımız 12 komanda arasında sonuncu olublar.

Bu, həm də yığmalarımızın Sankt-Peterburqda təşkil olunan yarışdakı antirekordudur. Ardıcıl 4-cü dəfə turnirə qatılan yığmamız indiyədək heç vaxt sonuncu olmurdu. Son oyunlarda həmişə qalib gələn yığmamız 2 dəfə 7-ci, 1 dəfə 5-ci olmağı bacarmışdı. Bu dəfə isə həmin seriyanın qırılması üzündən millimiz sonunculuqla barışdı.

Millimizin Qranatkin turnirindəki bütün nəticələri

2009 – VII yer
Qrup mərhələsi
05.01.2009 Belarus 0:1
07.01.2009 Rusiya 0:2
09.01.2009 Çili 1:0
VII yer uğrunda
11.01.2009 Latviya 2:0

2010 – V yer
Qrup mərhələsi
04.01.2010 Ukrayna 1:1
06.01.2010 Türkiyə 1:2
08.01.2010 Finlandiya 1:1
V yer uğrunda
10.01.2010 Özbəkistan 1:1, pen. 4:3

2011 – VII yer
Qrup mərhələsi
03.01.2011 Ukrayna 1:1
05.01.2011 Belarus 0:0
07.01.2011 Çin 0:3
VII yer uğrunda
09.01.2011İtaliya 2:2, pen. 5:3

2012 – XII yer
Qrup mərhələsi
04.01.2012 Finlandiya 0:7
05.01.2012 Sankt-Peterburq 2:1
IX-XII yerlər uğrunda
08.01.2012 Litva 1:1, pen. 5:6
XI yer uğrunda
10.01.2012 Latviya 1:2