AZAL xaricə getməməyinə aydınlıq gətirdi
10.01.2012 - 18:07
“Dünən və bu gün tibbi müayinədən keçmişik. Futbolçuların hamısı artıq düşərgədədir. Bu gün hətta ilk məşqimizi də reallaşdırdıq”. Bu sözləri apasport.az saytına AZAL klubunun baş məşqçisi Rafiq Mirzəyev deyib.
Fasilə zamanı klubun baş məşqçisi postuna təsdiqlənən mütəxəssis yeni ildə ilk məşqini keçib. O, bu gün Şüvəlandakı stadionda yetirmələrini bir araya yığıb. Hazırlıq planı haqda danışan Mirzəyev ilkin mərhələdə fiziki təmrinlər üzərində çalışacaqlarını qeyd edib: “Təbii ki, öncə fiziki planda çalışacağıq. Daha sonra taktiki, texniki hazırlıq keçəcəyik”.
Kristian Ruis və Vüsal Qarayevin xidmətinə ehtiyac duymayan baş məşqçi müdafiə xəttinə bir futbolçu transfer edəcək. Belə ki, “Neftçi”də çıxış edən Tural Nərimanovla danışıqlar aparılır.
Maraqlıdır ki, ilk “altılıq”da yer alan komandaların hamısı təlim-məşq toplanışı keçirmək üçün ölkə xaricinə üz tutacaq. Bəs hazırda yeddinci pillədə qərarlaşan AZAL-ın Bakıdan kənara çıxmaq istəməməsi nə ilə bağlıdır? Bəlkə “təyyarəçilər” ilk “altılıq”la bağlı ümidlərini itirib?
Baş məşqçi bunun belə olmadığını, sadəcə, ölkə xaricində toplanış keçirməyə ehtiyac duymadığını deyib: “Bakıda hazırlıq keçməyi qərara aldıq. Xarici ölkəyə getməməyimiz ilk “altılıq”la bağlı ümidsizliyə qapılmağımızla bağlı deyil. Təlim-məşq toplanışını xaricdə o klub keçirir ki, fasilədə heyətində ciddi dəyişikliklər edib, yeni futbolçular alıb. Amma biz heç kimi heyətimizə cəlb etməmişik. Yalnız Turalla danışıqlar gedir. Belə olan təqdirdə Bakıda qalmağı üstünü tutduq”.

0
0