“Xəzər Lənkəran”ın sabiq futbolçusu karyerasını bitirdi
10.01.2012 - 19:00
“Xəzər Lənkəran” klubunun sabiq futbolçusu Ahmet Dursun karyerasını başa vurub. Lent.az-ın məlumatına görə, 33 yaşlı hücumçunun sonuncu komandası Türkiyə çempionatının 2-ci liqasında çıxış edən “Eyüpspor” olub.
O, futboldan gedişinə son zamanlar üzləşdiyi zədələrin təsir göstərdiyini bildirib. Dursun vida mərasimi təşkil etməkdən ötrü 1999 – 2003 və 2005-2006-cı illərdə formasını geyindiyi “Beşiktaş” klubuna müraciət edəcəyini söyləyib. Təcrübəli oyunçu şərhçi və ya məşqçi kimi fəaliyyətini davam etdirəcəyini də sözlərinə əlavə edib.
Qeyd edək ki, Ahmet Dursun 2009-cu il fevralın 2-dən iyunun 30-dək “Xəzər Lənkəran”a məxsus olub.

0
0