Vəli Qasımov: Komandanın heyətinin yarısı dəyişməlidir
10.01.2012 - 21:46
Azərbaycanın U-19 millisinin baş məşqçisi Vəli Qasımov Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirin sonuncu oyunundan sonra fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, Qasımov nəticədən narazı qaldığını açıqlayıb: “Bütün turnir bizim üçün çətin keçdi. Amma bizim uğursuzluğumuza səbəb də var: biz bura eksperimental heyətlə gəlmişdik. Məqsədimiz yeni futbolçuları sınaqdan keçirmək idi”.
Onun fikrincə, bütün xətlər üzrə yeni futbolçulara ehtiyac var: “Bu, həmçinin qapı xəttinə aiddir. Bu futbolçularla Avropada oynamaq olmaz. Komandanın heyətinin yarısı dəyişməlidir”.
Qeyd edək ki, millimiz 11-ci yer uğrunda oyunda latviyalı həmyaşıdlarına 1:2 hesabıyla uduzaraq yarışda sonuncu yeri tutub.

0
0