Futbolçuya məxsus restoranda narkotik maddə tapıldı
11.01.2012 - 09:41
Futbolçuya məxsus restoranda narkotik maddə tapıldı
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Rio Ferdinanda məxsus restoran polis tərəfindən axtarışa məruz qalıb. Apasport.az saytının məlumatına görə, Mançesterin mərkəzində yerləşən “Rosso Sprinq Qarden”də aparılan axtarışlar nəticəsində 29 çanta narkotik maddə aşkarlanıb. Şkafında narkotik tapılan 55 yaşlı baş aşpaz həbs olunub. Ferdinand isə restoranında baş verənlərdən xəbərsiz olduğunu açıqlayıb.