“Rabitə” Çempionlar Liqasının qalibi olmaq gücündədir”
11.01.2012 - 09:48
“Rabitə” əla komandadır. Onlar hazırda çox güclüdürlər”. Apasport.az saytının məlumatına görə, bunu Almaniyanın “Dresdner” voleybol klubunun baş məşqçisi Aleksandr Vaibl deyib.
O, Bakıda Çempionlar Liqasının V turunda “Rabitə”yə 0:3 hesabı ilə uduzduqları matçı şərh edib. Vaiblın sözlərinə görə, son dünya çempionları Avropanın ən mötəbər turnirinin də aşkar favoritidir: “Biz çox güclü rəqibə qarşı oynayırdıq. Onlar nəinki qrup mərhələsinin, hətta Çempionlar Liqasının qalibi olmağa qadirdirlər”.
“Dresdner”in kapitanı Stefanye Karq da baş məşqçisinin sözləri ilə razılaşıb. Lakin o belə asan məğlubiyyətlərində bəzi aparıcı voleybolçularının zədəli olmasını da önə çəkib.

0
0