“Türk Telekom Arena”da qanlı olay
11.01.2012 - 10:46
“Qalatasaray”ın Türkiyə kubokunda “Adana Dəmirspor”la ev oyunundan sonra insident yaranıb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin “Türk Telekom Arena”da 4:1 hesabı ilə qalib gəlib, növbəti mərhələyə yüksəldiyi matçda meydan sahiblərinin azarkeşləri arasında dava düşüb. Nəticədə 1 azarkeş bıçaqlanıb, 5 nəfəri isə xəsarət alıb.
Məsələyə qarışan polis 4 nəfəri saxlayıb. “Qalatasaray”a azarkeşin bıçaqlanması səbəbindən ağır cəzanın veriləcəyi gözlənilir. Olayın matçın nümayəndəsi tərəfindən məruzə edilməsi halında komanda ev oyunlarını azarkeşlərsiz keçirmək cəzasını alacaq. Bu, olarsa, “Cim Bom”un Superliqada “Karabükspor”la ev oyununu yalnız qadın və uşaqlar izləyəcək.
Qeyd edək ki, II liqada çıxış edən “Adana Dərmispor” yığmamızın futbolçusu Amit Quluzadənin şərəfini qoruduğu “Ərciyyəspor”a ötən mərhələdə qalib gələrək, “Qalatasaray”a rəqib olmuşdu.

0
0