Portuqaliya yığmasının baş məşqçisi: Hətta Azərbaycan da Avro-2012-nin favoritidir
11.01.2012 - 10:53
“Portuqaliya yığmasının Azərbaycan və Serbiya ilə oyunları üçün çox narahatıq. Bu 2 matçla yanaşı 1/4 və 1/2 finalda da kimliyindən asılı olmayaraq güclü rəqiblə görüşəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Portuqaliya milli komandasının baş məşqçisi Jorje Braz deyib.
Avro-2012-nin final mərhələsində Azərbaycan yığmasının rəqibi olan pireneylilərin çalışdırıcısı yanvarın 31-də start götürəcək yarış haqda danışıb: “Ənənəvi olaraq yarışın favoritləri bizimlə yanaşı İspaniya, Rusiya, İtaliya və hətta Azərbaycandır. Rusiya əvvəlkindən güclü heyətə malik olması, İtaliya özünə xas oyun üslubu ilə diqqət çəkir. Azərbaycan isə milliləşən braziliyalılar sayəsində çox güclüdür. ”

0
0