Araz 88 dəqiqə oynadı, komandası 1/4 finala çıxdı - YENİLƏNİB
12.01.2012 - 01:50
Araz 88 dəqiqə oynadı, komandası 1/4 finala çıxdı - YENİLƏNİB
Həmyerlimiz Araz Abdullayev Yunanıstan kubokunda debüt edib. Apasport.az saytının məlumatına görə, “Panionios”a icarəyə verilən 20 yaşlı yarımmüdafiəçinin ilk oyunu məşhur “Panatinaikos”a qarşı olub.

Bakı vaxtı ilə saat 23:00-da başlayan 1/8 final qarşılaşmasında Araz meydana start heyətində çıxıb. Amma futbolçumuz sona 2 dəqiqə qalmış yerini Fanuris Qandulakisə verib.

Matçın əsas vaxtı qörüş ibərabərliklə nəticələnib. Qalibi müəyyənləşdirmək üçün komandalar əlavə vaxtda mübarizə aparıblar.

Lakin əlavə olunan 30 dəqiqə ərzində də qapılara top vurulmayıb. Bu səbəbdən qalib penaltilər zərbəsi ilə bəlli olub. Burada daha dəqiq olan Arazın komandası adlı-sanlı rəqibi üzərində 4:3 hesablı qələbə qazanmaqla, 1/4 finala yüksəlib.