“Xəzər Lənkəran” Kamran Ağayevə əvəzedici gətirdi
11.01.2012 - 13:36
“Xəzər Lənkəran” baxışa bir neçə legioner dəvət edib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bunlardan ikisi artıq komandanın düşərgəsindədir.
Onlar Belarusdan olan futbolçular Anton Kovalevski və Maksim Karpoviçdir. Legionerlərin hər ikisi 1986-cı il təvəllüdlüdür.
Kovalevskinin ampluası qapıçıdır. Kamran Ağayevin çərçivədə rəqibi olmağa namizəd belaruslu 2002-2004-cü illərdə Vitebsk “Lokomotiv”inin, 2004-2010-da – Novopolotsk “Naftan”ının, 2010-2011-də - Bobruysk “Belşina”sının və 2011-ci ildə Jodino “Torpedo”sunun şərəfini qoruyub.
Ümumilikdə, Kovalevski ölkəsinin Premyer Liqasında 102 oyun keçirib. Həmçinin bu futbolçu ölkəsinin milli komandalarında da çıxış edib: U-16 (2002-ci il, Avropa birinciliyinin seçmə oyunları), U-18 (2004-cü il, Avropa birinciliyinin seçmə oyunları), U-21 (2006-2008 Avropa çempionatı və seçmə oyunları; 2009-cu il gənclər arasında Avropa çemionatının final mərhələsi).
2009-cu ildə Anton 2010-cu il dünya çempionatının seçmə oyununa da vətəninin milli yığmasına Qazaxıstanla oyunda cəlb olunub.
Maksim isə cinah müdafiəçisi qismində oynaya bilən mərkəz yarımmüdafiəçisidir. Bu futbolçu 2002-2004-cü illərdə Mozır şəhərinin “Slaviya” klubunda, 2004-2009-da - Novopolotsk “Naftan”ında, 2009-2010-da – Mogilyov “Dnepr”ində, 2011-ci ilin birinci yarısında Ukraynanın “Vorskla” (Poltava) klubunda, həmin ilin qalan hissəsində isə yenidən Novopolotsk “Naftan”ında çıxış edib.
O, Belarusun Premyer Liqasında 170, Ukrayna Premyer Liqasında 3, Avroliqada Mogilyovun “Dnepr” komandasının tərkibində 8 oyun keçirib. Həmyerlisi kimi Karpoviç də Belarusun U-16 (2002-ci il, Avropa birinciliyinin seçmə oyunları), U-18 (2004-cü il, Avropa birinciliyinin seçmə oyunları), U-21 (2006-2008 yeniyetmələrdən ibarət yığma komanda, Avropa çempionatı və seçmə oyunları) milli komandalarının üzvü olub.

0
0