Cavadov “Volqa”dan ayrılıb, klub axtarışına çıxdı
11.01.2012 - 13:52
Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov çıxış etdiyi Rusiya “Volqa”sından ayrılıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı hücumçu Türkiyəyə yollanan Nijni-Novqorod təmsilçisinin düşərgəsində deyil.
Komandası Antalyada hazırlıq keçdiyi vaxtda Cavadov hazırda Bakıdadır. O, bir neçə yerli klubla danışıq aparır. Bunlardan biri hələ ötən yay Toni Adamsın rəhbərlik etdiyi vaxt Vaqiflə maraqlanan “Qəbələ”dir.
Qeyd edək ki, “Volqa”nın baş məşqçisi Dmitri Çerışev bu yaxınlarda verdiyi açıqlamada cinah yarımmüdafiəçiləri axtardıqlarını bildirmişdi. Onun Cavadovu sol cinah yarımmüdafiəçisi kimi oynatdığını nəzərə alsaq, mövqeyinə başqa oyunçunun axtarıldığını söyləmək olar.
Bu isə o deməkdir ki, Vaqifə özünə yeni klub tapmaq tövsiyə olunub.

0
0