“Fabio Luis Ramimi transfer etməyimiz doğru deyil”
11.01.2012 - 14:21
“Fabio Luis Ramimi transfer etməyimiz doğru deyil”. Bunu apasport.az saytına açıqlamasında “Simurq”un icraçı-direktoru Vaqif Əliyev deyib.
“Bakı”nın transferə çıxardığı milliləşdirilən braziliyalı futbolçu Fabio Luis Ramim özünə yeni komanda axtarır. Bu mənada təcrübəli yarımmüdafiəçinin orta sahəyə oyunçu axtaran Zaqatala təmsilçisinə keçidi deyilsə də, Əliyev mətbuatda yayılan bu xəbərin həqiqətəuyğun olmadığını bildirib: “Biz nə Fabio ilə görüşmüşük, nə də söhbətləşmişik. Səmimi sözümdür. Mətbuata yalan danışmağı xoşlamıram. Əgər futbolçunun transferi olubsa, niyə gizlədək? Menecerlər tərəfindən xidməti təklif olunmayıb. Mən heç Ramimin menecerini tanımıram. Yəni, onun keçidi hazırda gündəmdə deyil”.
Əliyev milli komandamızın sabiq qapıçısı Dmitri Kramarenkonun transferinin artıq rəsmiləşdiyini bildirib: “Ancaq onu “İnter”dən birdəfəlik ala bilmədik. Bunu istəsək də, sonradan daha məqsədəuyğun variantı seçdik. Belə ki, Kramarenkonun “İnter”lə müqaviləsi cari mövsümün sonunda bitir və onda sərbəst futbolçu olacaq. Həmin vaxt qapıçı ilə 1 illik müqavilə bağlayacağıq. Bu, şifahi razılıqdır, sonradan rəsmiləşdirəcəyik. Hələliksə Dmitrini 6 aylıq icarəyə götürməklə bağlı anlaşma imzaladıq”.

0
0