Ronaldinyo: Pulumu verməsəniz, oynamayacam
11.01.2012 - 15:26
2004 və 2005-ci illərdə dünyanın ən yaxşı futbolçusu seçilmiş Ronaldinyo çıxış etdiyi Braziliyanın “Flamenqo” klubunun qarşısına şərt qoyub. Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumçu ona borcları ödəməsələr, Libertadores Kubokunun start oyununda meydana çıxmayacağını bildirib.
Dünya çempionu ötən ilin dekabrında “Flamenqo” ilə müqaviləsini daha bir mövsüm uzadıb. Özü də yeni müqavilədə borcların yanvarın 9-a kimi aradan qaldırılmağı nəzərdə tutulsa da, bu, hələ də baş verməyib.
Qeyd edək ki, Ronaldinyonun komandası turnirin qrup mərhələsinin ilk turunda Boliviyanın “Real Potosi” klubu ilə oynayacaq.

0
0