Premyer Liqa: İri addımlarla bataqlığa
11.01.2012 - 16:00
Azərbaycan çempionatı tarixində ilk dəfə geriləyib. Apasport.az saytının məlumatına görə, 2008-ci ildə “güclülər dəstəsi” adını “Premyer Liqa”ya dəyişən çempionatımız yeni adla başladığı irəliləyişlərə son verib.
Məsələ ondadır ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) dünyanın ən yaxşı çempionatları üçün açıqladığı reytinq siyahısında Premyer Liqamız geriləməyə başlayıb.
2008-ci ildə Premyer Liqa adı ilə ilk dəfə reytinqə düşən çempionatımız heç “yüzlük”də də yer almamışdı. Həmin vaxt yarışımız 104-cü olmuşdu. 2009-cu ilin yekunlarına əsasən isə Premyer Liqanın inkişafı diqqət çəkirdi. Çempionatımız 1 ildə 7 pillə - 97-ci yerə irəliləmişdi. Növbəti il isə bu inkişaf 11 addıma bərabər oldu və Premyer Liqa 86-cı yerə qalxdı.
“Qarabağ”ın Avroliqanın IV təsnifat mərhələsinə kimi irəlilədiyi həmin 2 ildə çempionatımız üst-üstə 18 addımlıq tərəqqiyə nail olmuşdu. Lakin Ağdam təmsilçisinin əvvəlki kimi uğurlu çıxış etmədiyi, digərlərininsə qitədə mərhələ keçmədiyi 2011-ci ildə Premyer Liqa 12 pillə gerilədi.
Qeyd edək ki, çempionatımız sonuncu dəfə adını dəyişdiyi vaxt geriləmişdi. 2007-ci ildə güclülər dəstəsi 100-cü olmuşdusa, 2008-ci ildə Premyer Liqa tarixinə 104-cü yerlə başladı.
Çempionatımız son 5 ildə İFFHS reytinqində
Çempionatımız son 5 ildə (yerə görə)

Çempionatımız son 5 ildə (xala görə)

| il | yer | xal |
|---|---|---|
| 2007 | 100 | 166 |
| 2008 | 104 | 159,5 |
| 2009 | 97 | 209 |
| 2010 | 86 | 241 |
| 2011 | 98 | 188,5 |
Çempionatımız son 5 ildə (yerə görə)

Çempionatımız son 5 ildə (xala görə)
0
0