Dmitri Çerışev: Vaqif Cavadov haqda danışmaq istəmirəm
11.01.2012 - 16:48
Rusiyanın “Volqa” klubunun baş məşqçisi Dmitri Çerışev yarım il rəhbərliyi altında oynadığı azərbaycanlı futbolçu Vaqif Cavadov haqda danışmaq istəmir. Apasport.az saytının məlumatına görə, millimizin sabiq hücumçusunun Nijni-Novqorod təmsilçisindən qovulmasından sonra rusiyalı mütəxəssisin fikirlərini öyrənməyi cəhd etdik.
Hər halda, hər bir komandada heyəti məhz baş məşqçi müəyyənləşdirir. Üstəlik, Çerışev yaxın günlərdə cinah yarımmüdafiəçilərinə ehtiyaclarının olmağı ilə bağlı açıqlama vermişdi ki, bu da yarımmüdafiənin sol cinahında oynatdığı Vaqifin əvəzinə futbolçu axtarmaları demək idi.
Bu üzdən Çerışevlə əlaqə saxlamağı lazım bildik. Ancaq o, Cavadovun gedişi danışmaqdan imtina etdi: “Gəlin, bu məsələ haqda danışmayaq. Vaqiflə hansı səbəbdən yollarımızı ayırdığımızı demək istəmirəm. İndi bu haqda danışmağa ehtiyac görmürəm”.
Qeyd edək ki, ötən yay məhz Çerışevin vaxtında transfer edilən Cavadov klubla müqaviləsini qarşılıqlı razılıqla pozub.
Mehman SÜLEYMANOV

0
0