Messini kölgədə qoyanlar - SİYAHI
11.01.2012 - 17:11
2011-ci ilin ən bahalı idmançılarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, nüfuzlu “Sports Illustrated” nəşri arxada qalan ildə ən çox qazanan 10 idmançını müəyyənləşdirib. İlk 2 pilləni qolfçuların zəbt etdiyi cədvələ ənənəvi olaraq yenə Tayger Vuds başçılıq edir.
Digər idman növlərinin 1 nəfərlə təmsil olunduğu siyahıda futbolun da qolf kimi 2 nümayəndəsi var. Bunlar Lionel Messi və Kriştianu Ronaldodur. Müvafiq olaraq, İspaniyada “Barselona” və “Real”da çıxış edən ulduzlar liderlərdən çox geri qalırlar.
Belə ki, ən dəyərli futbolçu olan Messi idmançılar sırasında 7-cilikə kifayətlənib. Argentinalı ona nümunə olan Vudsdan az qala 50 faiz az qazanır.
1. Tayger Vuds (ABŞ, qolf) – 62,29 milyon dollar
2. Fil Mikelson (ABŞ, qolf) – 61,19
3. Roje Federer (İsveçrə, tennis) – 52,78
4. Menni Pakyao (Filippin, boks) – 52,50
5. Fernando Alonso (İspaniya, Formula-1) – 45
6. Lebron Ceyms (ABŞ, basketbol) – 44,5
7. Lionel Messi (Argentina, futbol) – 43,8
8. Kriştianu Ronaldo (Portuqaliya, futbol) – 38,8
9. Peyton Manninq (ABŞ, amerika futbolu) – 38,07
10. Aleks Rodriges (ABŞ, beysbol) – 36

0
0