Leonardo Roşa “Qarabağ”dan da qovuldu
11.01.2012 - 17:24
Leonardo Roşa “Qarabağ”dan da qovuldu
“Qarabağ” braziliyalı futbolçusu Leonardo Roşa ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi qış istirahətini bitirərək hazırlığa başlasa da, həmin yarımmüdafiəçi sıralarında deyil. “Qarabağ” düşərgəsinə qayıtmayan legionerini saxlamağı lazım bilməyib.

Ötən yay “transfer pəncərəsi”nin bağlanmağına az qalmış “Qarabağ”a keçən Roşa əsas heyətdə möhkəmlənə bildi. O, kuboku da nəzərə alsaq, komandanın heyətində 15 oyunda 3 qol vurub, 4 sarı vərəqə aldı. Ancaq Leonardonun nizam-intizamla bağlı əvvəllər də problemləri olub ki, “Standard” və “İnter”dən bu üzdən qovulmuşdu.