Əfran İsmayılov: BATE mənimlə maraqlanır
11.01.2012 - 17:43
Əfran İsmayılov: BATE mənimlə maraqlanır
“Mənimlə maraqlanan klublar çoxdur, onlar arasında BATE də var”. Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Əfran İsmayılov deyib.

O bildirib ki, Belarus təmsilçisinə indi yox, yayda getmək istəyir: “BATE mənim üçün konkret təklif irəli sürüb. Amma çox dərinə gedib, maraqlanmadım. Getmək olar. Amma qışda yox. İnşallah, 6 ay da Azərbaycanda oynayıb, ondan sonra gedərəm”.