BATE: Əfran İsmayılov heç vaxt maraq dairəmizdə olmayıb
11.01.2012 - 17:49
BATE: Əfran İsmayılov heç vaxt maraq dairəmizdə olmayıb
Belarusun BATE klubu Azərbaycan millisinin futbolçusu Əfran İsmayılovun transferi ilə bağlı şayiələrə münasibət bildirib. Apasport.az-ın məlumatına görə, Borisov təmsilçisinin rəsmi internet saytı “Qarabağ”ın yarımmüdafiəçisinin keçidi ilə bağlı xəbərləri ağ yalan adlandırıb: “Komandamızın Əfran İsmayılova olan marağı ilə bağlı dərc olunan və sonra yayılan informasiyalardan çaş-baş qalmışıq. Daha çox isə futbolçunun və agentinin sözləri təəccüb doğurdu ki, guya, biz tərəfdən ona maraq var. Rəsmən və tam məsuliyyətlə bəyan edirik: Əfran İsmayılov heç vaxt BATE-nin maraq dairəsinə daxil olmayıb”.