“Neftçi” – “Dinamo” oyununun tarixi müəyyənləşdi
11.01.2012 - 18:34
Premyer Liqanın lideri “Neftçi” təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Antalya şəhərinə yollanıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi "Mardansport" otelində məskunlaşıb. “Ağ-qaralar” bu gün Bakı vaxtı ilə saat 19:00-dan etibarən otelin meydançasında məşq edəcək.
Artıq "Neftçi"nin hazırlıq prosesinin ilk mərhələsində keçirəcəyi yoldaşlıq görüşlərinin tarixi və rəqiblər də müəyyənləşib. Komanda yanvarın 17-də "Dinamo" (Drezden, Almaniya), 21-də "Aktobe" (Qazaxıstan), 24-də isə "Beroe" (Bolqarıstan) klubu ilə qarşılaşacaq.

0
0