Hacıyev danışır, Mitreski gülür – FOTOSESSİYA
12.01.2012 - 00:35
Hacıyev danışır, Mitreski gülür – FOTOSESSİYA
Antalyaya təlim-məşq toplantısına yollanan "Neftçi" məskunlaşdığı "Mardansport" otelinin stadionunda ilk məşqinə çıxıb. Apasport.az saytının xəbərinə görə, dünən Bakı vaxtı ilə saat 19-00-da başlanmış məşq isinmə hərəkətləri ilə başlayıb. Daha sonra futbolçular kross, koordinasiya və digər hərəkətlər üzərində çalışıblar. Təxminən saat yarım davam etmiş məşq ikitərəfli oyunla yekunlaşıb.