Fatih Kavlak yeni futbolçular haqda danışdı
12.01.2012 - 02:10
Premyer Liqanın XVIII turunda “Qarabağ”la matçdan sonra istirahətə buraxılan “Qəbələ” yanvarın 10-dan etibarən təlim-məşqlərə start verib. Apasport.az saytının məlumatına görə, gün ərzində iki məşqlə hazırlığını davam etdirən komandaya zədələri tam sağalmayan Abdulkader Kamara, Stiv Olfers, Rövşən Əmiraslanov və Vurğun Hüseynov qatılmayıblar.
Onların yanvarın 19-dan etibarən Antalyada təşkil olunacaq təlim-məşq toplanışına qədər kollektivə qoşulması gözlənilir. Deon Barton isə zədəsini bərpa edərək komanda ilə birlikdə məşqlərə başlayıb.
Bundan əlavə əvəzedici heyətin bir neçə futbolçusu da hazırlıqlara cəlb edilib. Bu barədə danışan baş məşqçi Fatih Kavlak məşq prosesinin rəqabət şəraitində keçdiyini, futbolçuların çox istəkli olduğunu bildirib: "Artıq iki gündür ki, hazırlıqlara start vermişik.
Hər şey istədiyimiz kimi gedir. Futbolçularımın psixoloji vəziyyəti yüksək səviyyədədir. Hər biri qarşıdakı oyunların ciddiyətini nəzərə alaraq, məşqlərə ciddi və istəkli yanaşır. Əvəzedici heyətdə çıxış edən Amil Yunanov, Müşfiq Teymurov və Ürfan Abbasovu da hazırlıq prosesinə cəlb etmişik.
Bu isə öz növbəsində gənc futbolçuların bacarığını nümayiş etdirmək şəraitini təmin etməklə yanaşı, kollektivdə rəqabət atmosferini gücləndirib".

0
0