“Qalatasaray”dan 2,8 milyon avroluq ilk transfer
12.01.2012 - 10:25
“Qalatasaray”dan 2,8 milyon avroluq ilk transfer
“Qalatasaray” qış fasiləsində ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “Cim Bom”un baş məşqçisi Fatih Terimin israrla heyətində görmək istədiyi “Manisaspor”un gənc futbolçusu Yigit Gökoğlan uzun sürən danışıqlardan sonra əldə edib. “Qalatasaray” bununla əlaqədar rəsmi açıqlama verib. Orada bildirilir ki, 2 klub arasında anlaşma əldə edilib və istanbullular istedadlı futbolçuya görə “Manisaspor”a 2,8 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, 23 yaşlı Gökoğlan hücumameylli yarımmüdafiəçidir və 2008-ci ildən Türkiyənin müxtəlif yığmalarında oynayır.