“Xəzər Lənkəran”ın sabiq futbolçusu Çində
12.01.2012 - 10:41
“Xəzər Lənkəran” sabiq futbolçusu Allan Lalin özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu karyerasını Çində davam etdirəcək. Karyerasında 2-ci dəfə legioner həyatı yaşayacaq Allan “Hunnan Billous” klubuna keçib. 2009-cu ildə “Xəzər Lənkəran”a keçməklə Azərbaycana gələn ilk honduraslı olan Lalin Asiya ölkəsində tək olmayacaq. Belə ki, Lənkəran təmsilçisindən sonra vətənində “Real espana”nın şərəfini qoruyan hücumçunun 3 həmyerlisi Çin klublarında çıxış edir.
0
0