“Barselona”dan Qurban Qurbanov üçün yenilik - FOTO
12.01.2012 - 11:08
“Barselona”dan Qurban Qurbanov üçün yenilik - FOTO
FİFA klublararası dünya çempionatının qalibi ilə bağlı yenilik etməyi qərara alıb. Apasport.az saytının məlumatına görə, bundan sonra dünya çempionlarının formasında bu titulu əks etdirən emblem yerləşdiriləcək. Bu yenilik 2011-cü ilin ən yaxşısı olan İspaniya “Barselona”sına tətbiq olunacaq. Onlar “Osasuna” ilə ölkə kubokunun oyunundan başlayaraq sinəsində “FİFA dünya çempionları - 2011” yazısı ilə oynayacaq. Bu, 2012-ci ildə keçiriləcək dünya çempionatının final oyunu bitənədək – yəni yeni çempion müəyyənləşənədək davam edəcək.

Qeyd edək ki, yeniliyin tətbiq olunacağı ilk oyunu izləyənlər arasında “Barselona”nın düşərgəsində təcrübə keçən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və onun “Rəvan”dakı həmkarı Vladislav Qədirov da olacaq.