Azərbaycanı yox, Rusiyanı seçdi
12.01.2012 - 12:36
Türkiyə millisinin voleybolçusu Nəriman Özsoyun Azərbaycan klublarına keçidi alınmayıb. Apasport.az saytının məlumatına görə, 21 yaşlı hücumçu daha sərfəli müqavilə təklif edən Rusiya “Dinamo”sunu (Krasnodar) seçib.
O bildirib ki, Türkiyə, Cənubi Koreya və Azərbaycan komandaları ilə müqayisədə Krasnodar təmsilçisi daha möhtəşəm şərtlər irəli sürüb: “Onların təklifi məni çox şad etdi. Çox əla müqavilə şərtləri irəli sürdülər. Bununla da Avropanın ən yaxşı çempionatlarından birində oynama fürsətim yarandı. “Dinamo”nun karyeramda əla seçim olduğu fikrindəyəm. Yeni komandamızın böyük hədəfləri var. Mən də bu məqsədlərində onlara yardım edəcəyəm”.
Qeyd edək ki, Özsoy Polşa “Atom”unda maliyyə çətinliyinə görə ayrılıb və o, yeni klubu ilə hələlik mövsümün sonuna kimi anlaşıb.

0
0