“Xəzər Lənkəran” milli komandanın üzvünü transfer edir
12.01.2012 - 13:12
“Xəzər Lənkəran” milli komandanın üzvünü transfer edir
“Xəzər Lənkəran” növbəti transferini həyata keçirir. Apasport.az saytının məlumatına görə, çempionluğa iddiasını davam etdirən cənub təmsilçisi qış “transfer pəncərəsi” dövründə ikinci keçidini reallaşdırır.

“Ağ-yaşıllar”ın seleksiyaçı məşqçisi kimi fəaliyyətə başlayan Zaur Ramazanovun qısamüddətli izləmələrindən sonra tovuzlu Akif Tağıyev heyətə cəlb olunub. Gənc futbolçu ilə 3 illik müqavilə imzalanması planlaşdırılır. “Turan”da Premyer Liqa təcrübəsi toplayan Tağıyev, əvvəllər Azərbaycan millisinin (U-19) də şərəfini qoruyub.

Qeyd edək ki, “Xəzər Lənkəran” bundan əvvəl yalnız malili futbolçu Tounkara Sadionu transfer edərək, onunla 2,5 illik müqavilə imzalayıb.