Maksim Medvedev: Bu barədə düşünmək bizə heç nə vermir
12.01.2012 - 13:32
“Təxminən 20 günlük istirahətimiz vardı. Hələ ki, məşqlərə adaptasiya gedir. Normal şəkildə hazırlaşırıq. Əsas hazırlığımız Antalyada olacaq. İndi yavaş-yavaş futbol havasına giririk”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Maksim Medvedev deyib.
22 yaşlı müdafiəçi komandasının turnir cədvəlindəki yerini dəyərləndirib: “Mövsümün ilk yarısını 4-cü pillədə bitirməyimizi normal qiymətləndirirəm. Doğrusu, gözlənilməz xal itkisi olmasaydı daha yaxşı olardı. “Sumqayıt Şəhər”ə 5 xal verməsəydik, indi liderdən cəmi 3 xal geridə idik. Təbii ki, indi bunu düşünmək bizə heç nə vermir. Çalışmalıyıq ki, vəziyyəti düzəldək. Komanda olaraq özümüzə inanırıq. Son oyunlarda qol buraxmamağımız sadəcə müdafiənin əməyi deyil. Komanda şəkilində düzgün oynamağımızın nəticəsidir. Həmin məntiqlə niyə çoxlu qol vura bilmirik? Deməzdim ki, qol şanslarımız olmur. Sadəcə “son nöqtə”ni qoymaq problemi var. Bunu da həll etdikdən sonra daha məhsuldar oynayacağımıza inanıram”.
O bildirib ki, “Qarabağ”ın daha güclü olması üçün yeni transferlərin edilməsi də lazımdır: “Yeni oyunçular? Əlbəttə, güclənsək pis olmaz. Zədə, cəza kimi amillər mövsümboyu problem yarada bilər. Adətən qışdan sonra daha uğurlu çıxış edirik. İnanıram ki, bu dəfə də bu ənənəni davam etdirəcəyik”.
Medvedev Premyer Liqada hədəfləri ilə bağlı fikirlərini də açıqlayıb: “Çempionluq uğrunda mübarizə çətin olsa da, biz heç vaxt hədəfsiz mübarizə aparmırıq. Cari mövsüm ən xoş təsir bağışlayan heç şübhəsiz, “İnter”dir. “Bankir”lər məhdud imkanlara baxmayaraq, arzu və intizamlı oyun üslubu ila rəğbət yaradır. Baxımlılıq nəzərindən “Neftçi”ni qeyd etməliyəm. “Qəbələ”nin isə fiziki hazırlığını vurğulamaq lazımdır. İnanıram ki, II yarı olduqca maraqlı olacaq. Çempionun kimliyi haqqında danışmaq tezdir. Zənnimcə, “altılıq”da hər şey dəyişə bilər”.
Qeyd edək ki, “Qarabağ” qış fasiləsindən sonra hazırlıqlarını sürətləndirib. Suraxanı qəsəbə stadionunda çalışmalarını davam etdirən komandanın məşqlərində sadəcə zədəli Rəşad Sadıqov və icazəli Admir Teli iştirak etmirlər.

0
0