“Rəvan” 4 futbolçu ilə müqavilə bağladı
12.01.2012 - 13:40
“Yanvarın 9-da futbolçular tibbi baxışdan keçdilər. Ayın 11-dən 15-ə kimi Mərdəkanda - dəniz kənarında hazırlıq keçəcəyik”. Apasport.az saytının məlumatına görə, bunu “Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov deyib.
O bildirib ki, bütün komanda ilə hazırlığa yanvarın 16-da start verəcəklər: “Komandanın legioner futbolçuları isə yanvarın 15-də geri dönəcəklər. Bir gün sonra bütün komandayla hazırlıqlara başlayacağıq”.
Qədirovun sözlərinə görə, yanvarın 21-də komanda ya Mingəçevir, ya da Salyana yola düşəcək: “Yanvarın 27-də AZAL, fevralın 3-də isə “Simurq” ilə yoxlama oyunu keçirməyi planlaşdırırıq. Bundan əlavə bir neçə yoxlama oyunu keçirmək üçün komanda axtarırıq”.
Debütantın çalışdırıcısı artıq “Şahdağ”dan Elmar Yəhyabəyov, “Sumqayıt”dan Ramil Nuriyev, “Şuşa”dan Orxan Lalayev və “Bakılı”dan Asif Zeynalovla müqavilə bağladıqlarını deyib: “Bizim bir hücumçuya ehtiyacımız var. Buna görə də Afrika və İsveçrədən baxışa futbolçular gələcək. Onların adlarını indi açıqlamaq istəmirəm. Bundan əlavə, yerli futbolçulardan İzzətəli Süleymanov hazırda komandamızda yoxlanışdan keçir”.
PFL

0
0