“İnter”in futbolçusu AZAL-a keçir
12.01.2012 - 14:00
“İnter”in futbolçusu AZAL-a keçir
AZAL qış fasiləsində heyətinə ikinci futbolçu cəlb edib. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” Tural Nərimanovun ardından daha bir yerli oyunçunun keçidini həll ediblər. Bu, “İnter”də əsas heyətə düşməkdə çətinlik çəkən Şəhriyar Rəhimovdur.

“Bankirlər”lə hələ müqaviləsi qüvvədə qalan Rəhimov qarşıdakı 6 ayı icarə əsasında digər paytaxt komandasının tərkibində keçirəcək.