“Vaqif Cavadov əvəzedici heyətdə olacaq”
12.01.2012 - 14:14
“Vaqif Cavadovun məsələsi ilə bağlı ətraflı izah verə bilmirəm. Çünki bu, mənim səlahiyyətimdə olmayan məsələdir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Rusiyanın “Volqa” klubunun icraçı-direktoru Vladimir Moçalov deyib.
Milli komandamızın sabiq futbolçusu Vaqif Cavadov ötən ilin iyunundan şərəfini qoruduğu Nijni-Novqorod təmsilçisi ilə yollarını ayırıb. Hər halda, 23 yaşlı hücumçu “Volqa”nın Türkiyənin Antalya şəhərində hazırlığında iştirak etmir.
Elə Moçalov da bunu təsdiqləyib: “Bəli, mən hazırda komanda ilə Türkiyədəyəm və Vaqif düşərgəmizdə deyil. Bunun səbəbi nədir? Bilirsiniz, mən klubda başqa məsələlərlə məşğulam. Əsas komandamıza cavabdeh olan şəxslər var. Bu üzdən Vaqifin gedişinin konkret səbəbi haqda dəqiq bir şey deyə bilmərəm. Buna baş məşqçi və idman direktoru aydınlıq gətirməlidir”.
“Volqa” yanvarın 7-də Moskvada bir araya gəlib, tibbi müayinədən keçdikdən sonra Antalyaya hazırlığa yollandı. Klub rəsmisinin sözlərinə görə, həmin vaxt səhhətində problemi yarandığı üçün Vaqif Türkiyəyə aparılmayıb: “Məndə olan məlumata görə, Cavadov yanvarın 16-da Nijni-Novqorodda əvəzedici komandamızın düşərgəsində yer alacaq. Hələlik orada hazırlıq keçməlidir. Vaqiflə müqaviləmiz olduğundan, bizim futbolçu sayılır. Onunla anlaşmamızın müddətini dəqiq xatırlasam da, hər halda, qısa müddətli olmadığını deyə bilərəm”.
Mehman SÜLEYMANOV

0
0