“Xəzər Lənkəran”ın yeni transferini Polşada gözləyirlərmiş
12.01.2012 - 14:59
“Dünən rəsmi müqavilə imzaladıq. Oğlum bu gün yeni komandası ilə ilk məşqinə çıxıb”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın yeni transferi olan Akif Tağıyevin atası Vidadi Tağıyev deyib.
2 il əvvəl “Turan”la müqavilə imzalayan yarımmüdafiəçi qarşıdakı 3 ildə “ağ-yaşıl” formanı geyinəcək. Sankt-Peterburq futbol məktəbinin yetirməsi olan, həmçinin 17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının formasını geyinən Tağıyev son vaxtlar Tovuz təmsilçisinin əsas heyətində meydana çıxırdı. Texnikası ilə seçilən orta sahə oyunçusu daha iddialı klubda çıxış etmək arzusunu axır ki reallaşdıra bildi: “Başqa klublardan da təklif var idi. “Qəbələ”, “Rəvan”, “Simurq” onu heyətində görmək istəyirdi. Ancaq Akif Azərbaycana gəldiyi gündən “Xəzər Lənkəran”da oynamaq istədiyini deyirdi. Nəhayət, ən böyük arzusunu reallaşdırdı”.
“Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçər futbolçu ilə söhbətində onu oynatmaq üçün kluba dəvət etdiyini söyləyib: “Baş məşqçi onunla söhbətində deyib ki, yaşının az olmasına baxmayaraq, Akifə şans verəcək. Üstəlik, klubun şəraiti də ölkədə ən yaxşılardandır. İddialı klubda oynamaq onun işinə yarayacaq. Rəqabət olan yerdə istər-istəməz inkişaf da olur. Akifin gənc olduğunu nəzərə alsaq, onun irəliləyəcəyini düşünürük”.
Bu arada ata Tağıyev oğluna Rusiyada da klub tapdığını, hətta Polşaya baxışa getmək ehtimalının varlığını da bildirib: “Əslində, onu Sankt-Peterburqa aparmaq istəyirdim. Əvvəlki məşqçisi ona klub tapmışdı. Hətta Polşaya da baxışa göndərəcəklərini demişdi. Lakin özü “Xəzər Lənkəran”ı istədi. Sonda Rusiyaya getmək fikrindən daşındıq”.
Sonda qeyd edək ki, “Turan”la 2013-cü ilə qədər müqaviləsi olan Akif Tağıyev transfer vərəqini almaq üçün kompensasiya ödəyib.

0
0