“Xəzər Lənkəran”, yoxsa “İnter”?
12.01.2012 - 15:26
 “Xəzər Lənkəran”, yoxsa “İnter”?
“Fakel” klubu Türkiyədəki təlim-məşq toplanışında rəqiblərini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, I divizion təmsilçisi yanvarın 15-dən başlayacaq 10 günlük Antalya hazırlığında 3 yoxlama oyununu olacaq və son matçı Azərbaycan komandası ilə keçirməyi nəzərdə tutub. Ancaq Voronej təmsilçisi yanvarın 24-də qüvvəsini sınayacağı rəqibi hələ seçməyərək, bunun ya “Xəzər Lənkəran”, ya da “İnter” olacağını açıqlayıb. İlk 2 oyunda isə rəqib Qazaxıstanın “Kayrat” klubu (yanvarın 20-si) və Rusiyanın I divizion təmsilçisi olan Bryansk “Dinamo”su (22-də) nəzərdə tutulub.