Fatih Terim: Xeyli vaxtdır Azərbaycana gəlmək istəyirəm...
12.01.2012 - 15:53
“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Azərbaycana gəlməyə vaxt tapmır. Apasport.az saytının məlumatına görə, “İmperator” ləqəbli mütəxəssis vətənində “Qəbələ”nin nümayəndələri ilə görüşündə uzun müddətdir ölkəmizə gəlmək istədiyini, ancaq vaxt azlığı səbəbindən səfərin hələ ki təxirə salındığını bildirib. Bu söhbət “Qəbələ” Futbol Akademiyasının direktoru Əli Yavaşın oğlu Kərəm Yavaşın Türkiyədə toyu zamanı olub. Həmin mərasim Türkiyənin tanınmış futbol adamlarını “Qəbələ”nin rəsmiləri – baş menecer Zaur Əzizov, marketinq üzrə menecer Səməd Nəsibov, Futbol Akademiyasının direktor müavini Nail Kərimovla bir araya gətirib.
Toyda Terimlə görüşən qəbələli nümayəndələr onunla bir müddət fikir mübadiləsi aparıblar. Türkiyə yığmasını da çalışdırmış mütəxəssis “Qəbələ”nin rəsmilərindən son dövrlər “Galatasaray”ın Türkiyə Superliqasında və kubokunda göstərdiyi uğurlu nəticələrə görə təbrikləri qəbul edib. Terim Azərbaycanı və futbolumuzu daim diqqət mərkəzində saxladığını söyləyib.
“İmperator”un xələfi olan Türkiyə milli komandasının yeni baş məşqçisi Abdullah Avcı isə söhbət əsnasında maraqlı açıqlama ilə yadda qalıb. Belə ki, “ay-ulduzlular”ın 2012-ci il Avropa çempionatının seçmə mərhələsində millimizlə Bakıdakı oyununu yada salan Avcı yarı zarafatla “Yaxşı ki, Azərbaycanla eyni qrupa düşmədik. Yoxsa bizə yenə çox çətin olacaqdır” deyib.
Qeyd edək ki, hollandiyalı Qus Hiddinkin baş məşqçisi Türkiyə yığması 2010-cu ilin oktyabrında Tofiq Bəhramov adına Respublika stadionunda 0:1 hesabı ilə uduzmuşdu.

0
0