Şakir Şixəliyev: Gərgin məşqlərim hədər getmədi
12.01.2012 - 16:27
“Hədsiz dərəcədə şadam və fəxr edirəm ki, Azərbaycanımı elə burada, amma bu dəfə artıq Olimpiadada təmsil edəcəyəm”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının London 2012-yə lisenziya qazanan idman gimnastı Şakir Şixəliyev deyib.
21 yaşlı təmsilçimiz Londonda keçirilən II təsnifat turnirində Olimpiya Oyunlarında iştirak hüququ qazanıb. O, Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına verdiyi açıqlamasında bildirib ki, bu uğur gərgin məşqlərinin və ona göstərilən etimadın nəticəsidir: “Gərgin məşqlərim hədər getmədi. Hətta podium məşqləri zamanı hərəkətlərimdəki əsəbilik bu gün qətiyyətlə və yıxılmadan 6 alətdə çıxış etməyimə heç bir maneçilik törətmədi. Mənə etimad göstərdikləri üçün federasiyamızın rəhbərliyinə, məşqçilərimə və mənim üçün həyəcan keçirən və məni dəstəkləyən hər bir kəsə öz təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Şixəliyevdən öncə bədii gimnastımız Aliyə Qarayeva da London-2012-yə vəsiqə qazanmışdı.

0
0