“İnter” daha 1 futbolçusunu “Simurq”a verdi
12.01.2012 - 16:57
“İnter” daha 1 futbolçusunu “Simurq”a verdi
“İnter” klubu 3 futbolçusunu icarəyə verdiyini rəsmən açıqlayıb. Apasport.az-ın məlumatına görə, paytaxt təmsilçisinin rəsmi internet saytı icarəyə verildiyi xeyli əvvəl məlum olan Dmitri Kramarenko və Şəhriyar Rəhimovla yanaşı, daha 1 oyunçu ilə bağlı xəbər yayıb.

Belə ki, bakılılar 2 deyil, 3 futbolçu ilə yollarını müvəqqəti ayırıb. Müdafiəçi Ruslan Poladov da qapıçı Kramarenko ilə yanaşı, yaxın 6 ayı Zaqatalanın “Simurq” klubunda keçirəcək.

Qeyd edək ki, yarımmüdafiəçi olan Şəhriyar AZAL-a icarəyə verilib.