Vəli Qasımov AFFA-da üzr istədi
12.01.2012 - 18:00
Azərbaycan millisinin (U-19) baş məşqçisi Vəli Qasımovun apasport.az saytına müsahibəsi
- Yığmamızın Valentin Qranatkinin xatirə turnirindəki biabırçı çıxışı çox müzakirə olundu. Başçılıq etdiyiniz kollektivin 12 komanda arasında sonuncu olmasına səbəb nə idi?
- Gəlin belə danışaq: Biz komandanı gec yığdıq. 20 nəfəri seçib, Piterə aparmaq qərarına gəldim. Düzü, mən bu futbolçulardan yalnız üçünü yaxından tanıyırdım ki, onlar bir ay öncəki toplanışda da sərəncamda olmuşdular.
- Amma istənilən halda, bunlar ilk görüşdə Finlandiyaya böyük hesablı məğlubiyyətə don geyindirmir...
- Düzdür, böyük hesabla uduzduq. İlk oyunumuz idi. Mən komandanı, futbolçular isə bir-birini tanımırdılar. Odur ki, oynamaq bir qədər ağır idi. Eyni zamanda, hakim də bizə qarşı düzgün qərarlar qəbul etmirdi. Matçın start fitindən az sonra azlıqda qaldıq və uduzduq. Futbolçular zəif çıxış etdilər, onlar oyunun gedişatını dəyişə bilmədilər.
- Həmin görüşdən sonrakı açıqlamanız da müzakirə olundu. Demişdiniz ki, 7 dəfə 0:1 uduzmaqdansa, bir dəfə 0:7 hesabı ilə uduzmaq yaxşıdır. Bunu sizə hansı məşqçiniz deyib?
- Bunu uydurub yazmamışdılar. Həqiqətən də mətbuat konfransında belə bir söz işlətmişdim. Amma çox müzakirə olundu. Bir qəzet bundan çox yazıb. Həmin qəzetin adını çəksəm, reklam olunar. Heç onun adını çəkmək fikrim yoxdu. O ki qaldı, bu sözlərin hansı məşqçimə aid olmasına, onu deməyəcəyəm. Heç azərbaycanlı, əcnəbi olduğunu da bildirməyəcəyəm. Tez-tez uduzmaq, insanı bezdirir.
- Başa çatmış turnirlə əlaqədar bu gün AFFA-ya dəvət olunmuşdunuz. Hansı məsələlər müzakirə olundu?
- Baş katib Elxan Məmmədov məni AFFA-ya çağırmışdı. Əlbəttə ki, əsas müzakirə mövzusu Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnir idi. Mən uğursuz nəticəyə görə AFFA rəhbərliyindən üzr istədim. Əslində, biz sonuncu oyunda pis mübarizə aparmamışdıq. Amma nəticəmiz uğurlu olmadı. Komandaya vaxt lazımdır.
- Millimiz səfərə əsas heyətlə yollanmışdı. Qarşılaşdığımız komandalar da elə də güclü deyildilər. Bəlkə, hazırlıq planında nəsə ciddi səhvlərə yol verilib?
- Bilirsiniz, bizim hazırlaşmaq üçün vaxtımız az oldu. Amma orada eşitdim ki, Finlandiya, Latviya komandaları bu turnir üçün çoxdan hazırlıq keçirmişlər.
- Elxan Məmmədovla başqa hansı məsələləri müzakirə etdiniz?
- Əsas müzakirə mövzusu U-19-la bağlı oldu. Daha sonra müəyyən göstərişlər aldıq. Eyni zamanda, mənim əsas milli komandadakı işimə də aydınlıq gətirildi. Əvvəlcə, mən U-19-un baş məşqçisi olmaqla yanaşı, həm də əsas milli komandada çalışırdım. Bundan sonra fəaliyyətim yalnız U-19 yığması ilə bağlı olacaq. Artıq rəsmiləşdi.
- Əslində, bu məsələ çoxdan müzakirə olunurdu. Rəsmi qərara münasibətiniz necədir?
- Hər zaman demişəm ki, heç kim bir yerdə əbədi deyil. Odur ki, normal qarşıladım. Bilirsiniz ki, iki yerdə işləyəndə vaxtın məhdud olur. Bu səbəbdən qərara aldıq ki, bundan sonra bütün diqqətimi U-19 yığmasına yönəldim.
- Əslində, bu uğursuzluqdan sonra sizin U-19-dan da uzaqlaşdırılacağınız haqda xəbərlər yayıldı...
- Hər halda, belə bir şey olsaydı, baş katib mənə deyərdi. Elxan müəllimlə bu mövzu ətrafında danışmadıq.
- Bəs bu turnir milli komandamıza nə verdi?
- Mənim üçün çox əhəmiyyətli bir turnir oldu. İlk növbədə futbolçuları tanıdım, onların keyfiyyətlərinə bələd oldum. Amma bir şey də ortaya çıxdı ki, bizim futbolçuların Avropa səviyyəsinə çatmasına hələ var. Orada oynamaq üçün bizim oyunçular öz üzərlərində həddindən artıq çox işləməlidirlər. Eyni zamanda, bizim klub məşqçiləri də həmin gənclərə şans verməlidirlər ki, oyun praktikaları artsın.

0
0