“Xəzər Lənkəran” “Neftçi”dən güclü imiş
13.01.2012 - 00:02
Azərbaycanın 5 ən güclü klubunun dünya reytinqindəki mövqeyi məlum olub. Dünən 2011-ci ilin 400 ən güclüsünün siyahısını açıqlayan Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) yalnız “Qarabağ” yer almışdı.
Lakin İFFHS-in xüsusi olaraq apasport.az üçün göndərdiyi siyahıda digər 4 ən yaxşı komandamızın xalı və reytinqdəki mövqeyi də əks olunub. Siyahıdan görünür ki, “Qarabağ”ın Azərbaycandakı ən yaxın izləyicisi “Xəzər Lənkəran”dır.
Dünyanın 804-cü komandası olan cənublular Azərbaycan çempionu “Neftçi”ni 181 pillə geridə qoyub.
Məhz ilk 5 komandanın reytinqinin müəyyənləşməsi təsadüfi deyil. Belə ki, 1 gün əvvəl milli liqaların açıqlanan reytinqi məhz hər ölkənin 5 ən yaxşı təmsilçisinin xallarının cəminə əsasən müəyyənləşir. Yəni, 5 ən güclü klubumuzun ümumilikdə topladığı 188,5 xal Premyer Liqamızın reytinqini təşkil edir. Elə bu da çempionatımızın dünyada 98-ci olmasına səbəb olub.
188,5 xalı olan Azərbaycan çempionatı təkcə 97 ölkənin liqasından deyil, 26 klubun təkbaşına yığdığından geri qalıb. Dünən açıqlanan klubların dünya reytinqdə 190 xalla 26-cı olan İspaniya “Atletiko”su 5 təmsilçimizin hamısının birgə yığdığı Premyer Liqa reytinqindən üstündür. Madrid təmsilçisinin özü isə daha güclü 25 komandaya aşağıdan yuxarı baxmağa məcburdur.

| Yer (ötən ay) | klub | xal |
|---|---|---|
| 312. (298.) | Qarabağ | 69,5 |
| 804. (775.) | Xəzər Lənkəran | 36,0 |
| 985. (1014.) | Neftçi | 30,0 |
| 1090. (1119.) | İnter | 27,5 |
| 1158. (1165.) | AZAL | 25,5 |

0
0