Yığmamızın qapıçısı: Son 1-2 ildə oynamamışam
12.01.2012 - 21:05
“Andrey Tveryankin Rusiya klubu ilə müqavilə bağladığı üçün Bakıdakı turnirə qatıla bilməyəcək. Ona görə də yığmanın qapısını Elnur Zamanovla mən qoruyacam”. Bu sözləri apasport.az saytına futzal üzrə Azərbaycan yığmasının qapıçısı Marat Salyanski deyib.
Şənbə günü Bakıda start götürəcək sayca V beynəlxalq futzal turnirində millimizin əsas qapıçısı Andrey Tveryankinin oynamayacağı dəqiqləşib. Belə ki, karyerasını Rusiyada davam etdirən təcrübəli qolkiper orada çempionat oyunları getdiyi vaxtda Bakıya gələ bilməyəcək.
Belədə əsas diqqət yığmanın kapitanı olmasına baxmayaraq, uzun müddətdir əsas heyətdə yer almayan Salyanskiyə yönəlib: “Kimin əsas heyətdə meydana çıxacağı hələ bilinmir. Çünki baş məşqçi hər zaman oyuna 30-40 dəqiqə qalmış heyəti açıqlayır. Ancaq şans verilsə, bundan maksimum yararlanmağa çalışacam”.
O, oyun təcrübəsinin azlığı baxımından müəyyən çətinliyin olacağını istisna etməyib: “Oyun praktikası baxımından müəyyən problemlər var. Məşq başqa, oyun başqa. Futzalçı oyunda inkişaf edir, açılır. Son 1-2 ildə demək olar, oynamamışam”.
Təcrübəli qapıçı Avropa çempionatı öncəsi son ciddi sınaqdan üzüağ çıxmağa çalışacaqlarını da vurğulayıb: “AÇ-2012 öncəsi son ciddi şansımızdır. Kim özünü yaxşı tərəfdən göstərsə, o da Xorvatiyaya yollanacaq. Bilmək olmaz, bəlkə qitə birinciliyində qapını mən qorudum”.
Futzalçı son vaxtlar oynamamasının səbəbini isə belə izah edib: “Baş məşqçi 5-6 futzalçını oynadır. Onların da oyunu alınır. Avropa çempionatında, UEFA kubokunda qazanılan nəticələr ortadadır. Qalib heyəti dəyişməzlər”.
Sonda qapıçı millinin turnirdəki şansını da dəyərləndirib. O, əsas mübarizənin Ukrayna və Azərbaycan arasında gedəcəyini deyib: “Hamısı ilə oynamışıq. Özbəkistanla hətta onların meydanında da qarşılaşmışıq. Səviyyələri qalxıb. Braziliyalı baş məşqçi gətiriblər və irəliləyiş göz qabağındadır. Türkiyə isə hər gün artırır. Onlar yaxın vaxtlarda Avropa çempionatında sözünü deyəcəklər. Ukrayna isə dünyanın ən güclülərindən hesab edilir. Hamının şansları bərabər olsa da, fikrimcə, əsas mübarizə Ukrayna və Azərbaycan yığmaları arasında gedəcək”.

0
0