Pirvəli “Qalatasaray”da, yaxud “Qarabağ”lıların reklam şousu
13.01.2012 - 00:04
İndiki dövrdə hansısa futbolçunun adını istənilən klubla yanaşı gətirmək olduqca asan məsələdi. Yetər ki, özünü gündəmə gətirmək istəyən oyunçunun mediada tanışı olsun. Və ya necə deyərlər, pul olan yerdə hər kəs sənin tanışındı.
Hər şey çox sadədi. Məsələn, götürüb yazırsan ki, "Pirvəli "Qalatasaray"da! Başlığın da üstünə "flaş" və ya "eksklüziv" kəlməsi "yapışdırmaqla" işin yarısı görülür. Sonra da dəstəyi əlinə alıb, "Qalatasaray" rəsmilərindən birinə zəng vuraraq soruşursan: "Yayılan xəbərlərə görə, siz Pirvəli ilə anlaşmısız, düzdü?" Adam da təbii olaraq deyir, biz heç Pirvəli adlı oyunçu tanımırıq... Vəssalam. Al, bu da sənə reklam.
"Pirvəli "Real"da" yazsaq...
Bizim idman mediası futbolçuların bu şəkildə reklam olunmasına hələ yenicə başlayıb. Necə deyərlər, ilk addımlarımızı atırıq. Məsələn, türklər bu sahədə çox uzağa gedib. Amma onu da deyim ki, qardaşlarımız belə xəbərlərin "barıtını" həddindən artıq çox edirlər.
Yaxın keçmişə boylansaq, "Sərcan Yıldırım "Liverpul"da, "Necati Atəş "Real"da", "Burak Yılmaz "Milan"da" və bir çox buna bənzər xəbər başlıqlarına rast gələrik. Amma hazırda Sərcanın da, Necatinin də, Burakın da yeri bəllidi. Heç biri ölkədən qırağa addım ata bilməyib.
Təbii ki, bizim "Liverpul"dan, "Real"dan, "Milan"dan yapışacaq halımız yoxdu. "Pirvəli "Real"da yazsaq, adama sadəcə, gülərlər. Hər futbol ölkəsinin öz çapına uyğun böyük hədəfləri var. Bizim oyunçuların adını yalnız postsovet ölkələri, Türkiyə təmsilçiləri ilə yanaşı gətirsək, bir qədər inandırıcı olar. Bir də nə yaxşı ki, Berti Foqts var. Onun hesabına, hansısa futbolçumuzla II Bundesliqa təmsilçilərindən birinin maraqlandığını iddia edə bilirik.
"Qarabağ"lıların reklam şousu
Təbii ki, hər birimizin arzusu futbolçularımızı xarici ölkələrdə top qovan görməkdi. Ona görə də onlardan biri ilə bağlı transfer xəbəri çıxan zaman bunu sevinc hissi ilə qarşılayırıq. Son günlər bu qəbildən olan 2 xəbər gündəmi zəbt etməkdədi: "Rauf Əliyev "Göztəpə"də və "Əfran İsmayılov BATE-də".
Özü də sonuncu ilə bağlı məlumat sadəcə, jurnalist təxəyyülünün məhsulu deyil. İş orasındadı ki, Əfranın özü açıqlama verərək bildirib ki, Belarus təmsilçisi onunla maraqlanır: "Mənimlə maraqlanan klublar çoxdu, onlar arasında BATE də var. BATE mənim üçün konkret təklif irəli sürüb. Amma çox dərinə gedib, maraqlanmadım. Getmək olar. Amma qışda yox. İnşallah, 6 ay da Azərbaycanda oynayıb, ondan sonra gedərəm".
İmanımı yandırıb, "Əfran yalan danışır" demək istəmirəm. Amma BATE-nin rəsmi internet saytı "Qarabağ"ın yarımmüdafiəçisinin keçidi ilə bağlı xəbərləri ağ yalan adlandırıb: "Komandamızın Əfran İsmayılova olan marağı ilə bağlı dərc olunan və sonra yayılan informasiyalardan çaş-baş qalmışıq. Daha çox isə futbolçunun və agentinin sözləri təəccüb doğurdu ki, guya, biz tərəfdən ona maraq var. Rəsmən və tam məsuliyyətlə bəyan edirik: Əfran İsmayılov heç vaxt BATE-nin maraq dairəsinə daxil olmayıb".
Fikrimcə, başqa sözə gərək yoxdu. Belaruslular məsələyə konkret münasibət bildirərək, futbolçumuzu yalançı çıxarıblar. Özünüz düşünün, hansısa oyunçu ilə maraqlanan klub heç bu barədə çıxan xəbəri rəsmi internet saytında yalanlayar?
Raufun da məsələsi buna bənzərdi. Fərq ondadı ki, Əliyevin "Göztəpə" ilə anlaşdığı ilə bağlı xəbəri bizimkilər yox, türkiyəli həmkarlarımız yazıb. Daha doğrusu, kimsə yazdırtdırıb. Hər halda, hər hansı maraq olmayan yerdə kimin nəyinə lazımdı belə bir iddia ilə çıxış etsin? Məlum olduğu kimi, "Göztəpə" ilə bağlı söz-söhbət də şayiədən başqa bir şey deyil. Görünən odu ki, kimlərsə qollarını çırmalayıb, "Qarabağ"ın oyunçularını reklam etməklə məşğuldu.
At suyu görür, su da atı
Təəssüf ki, hazırda ölkə xaricində normal bir klubun formasını geyinən futbolçumuz yoxdu. Amit Quluzadənin formasının geyindiyi "Kayseri Ərciyyəspor" Türkiyə çempionatının I divizionunda çıxış edir, Araz Abdullayevin "Panionios"u Yunanıstanın ən zəiflərindədi və hazırda klubda ciddi maliyyə problemi var, Vaqif Cavadov isə "Volqa"ya belə lazım deyil.
Yeri gəlmişkən, Rusiya çempionatının autsayderlərindən birinə lazım olmayan futbolçunun atası Füzuli Cavadov iddia edir ki, oğlu Moskva "Lokomotiv"inin maraq dairəsindədi. Təki belə olsun. Amma yığmadan qovulan, "Qarabağ"dan ayrıldıqdan sonra "Tvente", "Bakı" və "Volqa"da özünü doğrultmayan bir futbolçu ilə "Lokomotiv"in maraqlanması qətiyyən inandırıcı deyil.
Reallıq budu ki, xarici klublar həmyerlilərimizə maraq göstərmirlər. Bunun isə bir çox tutarlı səbəbləri var.
Birincisi, bu günə kimi vətəni tərk etməyə macal tapan futbolçulardan heç biri qürbət eldə özlərini doğrultmayıblar. Əgər Vaqif "Tvente" və ya "Volqa"da, Rəşad Sadıqov "Əskişəhərspor" başda olmaqla bir neçə türk klubunda, Mahir Şükürov "Anji"də möhkəmlənə bilsəydi, diqqətləri üzərimizə çəkə bilərdik. Əcnəbilər də baxıb görərdilər ki, bizdən də Avropa klublarında möhkəmlənə bilən futbolçular çıxır.
İkincisi, bizim futbolçuların heç biri tanınmış bir menecerlə əməkdaşlıq etmirlər. Əksəriyyəti bu işi öz qohumuna, dost-tanışına həvalə edib ki, bununla da uzağa getmək olmaz. Necə ki, "Qarabağ"ın oyunçuları komandanın baş məşqçisi Qurban Qurbanovun qardaşı Musa bəyə gözünü dikib.
Üçüncüsü, ən istedadlı oyunçularımızdan sayılan Əfranın, Raufun belə futbol savadı yoxdu. Heç biri normal məktəb keçməyiblər. Onlar braziliyalılar kimi superistedadlı və ya afrikalılar kimi güclü fiziki göstəricilərə malik olsaydılar, bəlkə də savad olmadan da keçinə bilərdilər. Hərçənd, müasir futbolda yaxşı məktəb keçmək, savadlı oynamaq ən önəmli amildi. Bir baxın Nuri Şahinə. Nə fantastik texnikası var, nə də həsəd aparılası fiziki göstəriciləri.
Əvəzində, olduqca savadlı futbol sərgiləyir, oyunu yaxşı oxuyur. Ona görə də indi Madrid "Real"ının formasını geyinir. Yəni, bu dəqiqə xarici klublara düşünmək qabiliyyəti yüksək olan oyunçular lazımdı.
Futbolçularımızın xaricə yollanmalarına mane olan səbəblərin sırasına daha bir neçəsini də əlavə edərdim. Amma fikrimcə, buna gərək yoxdu. Zatən, top qovmaqla, çörəkpulu qazanan futbolçularımızın özləri də yaxşı bilirlər ki, niyə qırağa çıxa bilmirlər. Amma təəssüf ki, onlar bu əngəllərləri aradan qaldırmağa səy göstərmək əvəzinə özlərini reklam edirlər.
Atalarımızın yaxşı bir məsəli var: At suyu görür, su da atı. Daha bu fıştırıq nəyə lazımdı?
ŞAMO

0
0