“Onun işi futbol oynamaqdı, çox danışmaq yox”
13.01.2012 - 00:12
“Onun işi futbol oynamaqdı, çox danışmaq yox”
Fransa millisinin sabiq baş məşqçisi Raymond Domenek "Mançester Siti"nin gənc futbolçusu Samir Nəsriyə susmağı məsləhət görüb. Apasport.az saytının xəbərinə görə, o, yarımmüdafiəçini Nəsrini 2010-cu il dünya çempionatına aparılan heyətə salmamasına və futbolçunun da bundan şikayət etməsinə belə qarşılıq verib: "Nəsri gənc və yaxşı futbolçudu. Ancaq çox danışır. Onun işi futbol oynamaqdı, çox danışmaq yox. Yaxşısı budu, futbol oynasın, danışmasın".