Elxan Məmmədov FİFA-dan vəzifə aldı
13.01.2012 - 10:25
AFFA-nın baş katibi Elxan Məmmədov yeni vəzifə alıb. Apasport.az saytının məlumatına görə, Məmmədov FİFA U-17 qadınlararası dünya çempionatının FİFA Təşkilat Komitəsinin xüsusi müşaviri təyin olunub. Baş katib FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədridir.
Qeyd edək ki, ölkəmizdə mötəbər turnir bu ilin sentyabrın 22-dək oktyabrın 13-dək Bakı və Lənkəranda keçiriləcək.
Mənbə: affa.az
Qeyd edək ki, ölkəmizdə mötəbər turnir bu ilin sentyabrın 22-dək oktyabrın 13-dək Bakı və Lənkəranda keçiriləcək.
Mənbə: affa.az
0
0