Dünyanın ən yaxşı futbol hakiminin adı açıqlandı
13.01.2012 - 10:38
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən ilin ən yaxşı hakimlərinin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, macar Viktor Kaşşai 2011-ci ilin ən yaxşı referisi seçilib. Çempionlar Liqasının son final oyununu – “Barselona” ilə “Mançester Yunayted”in Londondakı görüşünü idarə edən Kaşşai 138 xal toplayıb.
Milli komandamızın Rusiya yığması ilə Bakıdakı yeganə oyununu idarə edən tanınmış ingilis hakim Hovard Uebb 103 xalla 2-ci olub. 3-cü yeri isə son dünya çempionatının açılış oyununun baş hakimi, idarəçiliyi ilə diqqət çəkən Rövşən İrmatov tutub. 98 xal toplayan gənc referi vaxtilə yığmamızın yoldaşlıq görüşünü idarə edib. 22 hakimin yer aldığı siyahını Türkiyənin ən yaxşı hakimi Cüneyt Çakır 5 xalla qapayır.

0
0