Yığmamızın qələbə ənənəsini davam etdirmək üçün son sınağı
13.01.2012 - 11:15
Sabah ölkəmizdə növbəti beynəlxalq turnirin startı veriləcək. Apasport.az saytının məlumatına görə, V Bakı Beynəlxalq Futzal Turnirinin oyunları ardıcıl 3 gün keçiriləcək. Bakı İdman Sarayında baş tutacaq turnir milli komandamızın məsul oyunlar öncəsi son sınağı olacaq. Belə ki, braziliyalı Joze Alesio Da Silvanın baş məşqçisi olduğu yığmamız bu ayın 31-də Xorvatiyada başlayacaq Avropa çempionatının final mərhələsində iştirak edəcək. Orada ilk sınağımız fevralın 1-də qrupumuzun favoriti olan Portuqaliya yığması ilədir. Bundan 2 gün sonra isə Serbiya millisi ilə oyunumuz həlledici olacaq. Belə ki, ¼ finala çıxmaq üçün qrupda ilk 2 yeri tutmaq lazımdır.
Millimizin adətən qalib olduğu Bakı turnirində təkcə nəticə qazanmaq yox, oyunçuları final mərhələsi öncəsi iş başında görmək vacib olacaq. Özü də bu dəfə əsasən çempionatımızda oynayan futzalçıların xidmətindən istifadə edə biləcəyik. Azərbaycandan kənarda çıxış edən milli üzvlərindən əsas qapıçımız Andrey Tveryakin Xorvatiyada bizə yardımçı olacaqsa, Biro Jade zədə üzündən cari mövsümdə meydana çıxa bilməyəcək. Əvəzində vətənində oynayan milliləşdirilən braziliyalı Alves De Souza Ediqleuson 2 illik fasilədən sonra yığmamıza qayıdıb. O, zədə üzündən 2010-cu ildə AÇ-nin final mərhələsində bizə kömək edə bilməmişdi.
Bakı turnirindəki rəqiblərimizə gəlincə, onlardan Ukrayna yığmasının bizə daha çox tanış olduğunu desək, yanılmarıq. Axı çox görüşdüyümüz bu rəqib elə yaxında da Bakıya gəlmişdi. Bu, ötən ay paytaxtımızda keçirilən dünya çempionatının seçmə mərhələ oyunları zamanı idi. Onda məhz Ukrayna və Azərbaycan yığmaları qrupda ilk 2 yeri tutaraq, pley-off mərhələsinə vəsiqə qazandı. Qrupun son oyununda ukraynalılara 4:2 hesabı ilə qalib gəlsək də, rəqib topların daha yaxşı fərqinə görə 1-ci, biz isə 2-ci olduq.
Ukraynalılarla 2 il öncə Macarıstanda 4-cü olduğumuz Avropa çempionatının final mərhələsinin oyunları zamanı isə yolumuz ¼ finalda kəsişmişdi. Onda matç sonrası penaltilər seriyası ilə qalib gələn millimiz yarımfinala çıxaraq, orada məhz Portuqaliyaya yenildi. Bu dəfə məhz Ukrayna yığması ilə görüşümüzün nəticəsi Bakı turnirində yenə qalib gəlmək şansımıza aydınlıq gətirəcək.
14 yanvar
17:15. Ukrayna – Türkiyə
19:15. Azərbaycan – Özbəkistan
15 yanvar
17:15. Türkiyə - Azərbaycan
19:15. Ukrayna – Azərbaycan
16 yanvar
13:00. Özbəkistan – Ukrayna
15:00. Türkiyə - Azərbaycan
Mehman SÜLEYMANOV

0
0