Millimizin üzvü sevgi qalmaqalında
13.01.2012 - 11:30
Azərbaycan futzal yığmasının üzvü Tyaqu Paz Braziliya mətbuatının gündəminə düşüb. Apasport.az saytının məlumatına görə, buna səbəb milliləşən legionerimizin braziliyalı gözəlçə Monika Aminlə münasibətləridir. Belə ki, futzalçımızın 23 yaşlı sarışınla əlaqələrini kəsməsi Monikaya pis təsir edib.
Braziliya teleşoularından birinin ulduzu olan Aminin anası Klaudiya da məsələyə münasibət bildirib: “Qızım onunla bir il Azərbaycanda yaşadı. İndi isə hər şey bitib. Monika bu ayrılığa üzülür, amma özünə lap böyük dərd də etmir”.
Tyaqunun bacısı Karolina isə Monika tipli qadını ailələrinə layiq bilmir: “Qardaşım bu qızla tanış olanda, bizim buna inanmağımız gəlmirdi. Bütün ailə üzvləri təəccüb içində idi. Məşhur futbolçuların az qala hamısı ilə münasibətdə olan birisinin qardaşımla olmasını istəmirdik. Lakin Tyaqu belə birisi ilə evlənməkdən xəcalət çəkmirdi. Lakin sonda hər şey yaxşı oldu. Bu qızın məqsədi qardaşımı ələ keçirmək idi”.

0
0