İcraiyyə Komitəsi legioner limitini yenidən dəyişir
13.01.2012 - 11:54
İcraiyyə Komitəsi legioner limitini yenidən dəyişir
AFFA İcraiyyə Komitəsinin 2012-ci ildə ilk iclasının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, toplantı yanvarın 17-də assosiasiyanın inzibati binasında keçiriləcək. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. AFFA-nın növbəti Konfransının vaxtının müəyyənləşdirilməsi

2. Legioner limiti – Premyer Liqada çıxış edən klubların heyətində 21 yaşadək 1 futbolçunun meydanda olmasının və bununla əlaqədar legioner limitinin 7+4 şəklində təklifinin müzakirəsi

3. AFFA-nın İntizam Komitəsinin “Turan” klubu ilə bağlı müraciəti

4. Digər məsələlər

Qeyd edək ki, Premyer Liqamızda hazırda legioner limiti 8+3-dür.