Azərbaycanlılar Avro-2012-yə orta məktəbdən gedir
13.01.2012 - 12:21
Ukrayna və Polşada keçiriləcək futbol üzrə Avro-2012-nin təşkilatçıları yarış zamanı azərbaycanlıların da xidmətindən yararlanacaq. Apasport.az saytının məlumatına görə, final mərhələsi zamanı xidmət göstərəcək könüllülər sırasında həmyerlilərimiz də yer alacaq.
Belə ki, bu funksiyanı yerinə yetirmək üçün müraciət edib qeydiyyata düşən 8 min könüllü təkcə təşkilatçı ölkələr deyil, həm də Rusiya, Azərbaycan, Almaniya, Norveç, Kanada, ABŞ, Gürcüstan və hətta Hindistan təmsilçiləri də var. Könüllülərlə bağlı o da qərara alınıb ki, onların hamısı yarış öncəsi Kiyev müəllim evi və 78 nömrəli orta məktəbdə xüsusi kurslar keçəcəklər.

0
0