PFL “pəncərə”ni açdı
13.01.2012 - 13:23
PFL “pəncərə”ni açdı
Bu gün Premyer Liqada qış transfer dövrü başlayıb. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası (PFL) klubların transferlərinin qeydiyyatına start verib. Bu dəfə “transfer “pəncərəsi” fevralın 10-dək davam edəcək. Yəni klublar 29 gün ərzində müqavilə bağladıqları futbolçuları bunu qurumda qeydiyyatdan keçirə bilərlər.