Samir Abasov: Məndən inciməsinlər
13.01.2012 - 13:46
“Məşqlərimizi davam etdiririk. Sabah son hazırlığımızı keçəcəyik. Yanvarın 16-da isə Türkiyəyə yollanacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Sumqayıt” klubunun müdafiəçisi Samir Abasov deyib.
Premyer Liqanın debütantı qış fasiləsindən yararlanıb, heyətini gücləndirməyə çalışır. “Gənclik şəhəri” təmsilçisi “Neftçi”dən Tərlan Quliyev və Almaniyanın “TUS Dornberq” klubunda oynamış Ufuk Budaqı heyətinə cəlb edib. Seleksiya işlərini davam etdirən Bernhard Raab hazırda bir neçə futbolçunu baxışdan keçirir.
Artıq düşərgəyə “Terek”in əvəzedici komandasından, eləcə də “Anji”dən futbolçular gəlib. Samirin sözlərinə görə, onların Antalyaya aparıb-aparmayacağı hələ bilinmir.
Abasov fasilədə bir neçə futbolçunun komandadan ayrılmasının elə də ciddi itki olmadığını düşünür: “Gedənlərin yeri görünməyəcək. Öz uşaqlarımız olsalar da, məndən inciməsinlər. Onlar əsas heyətdə oynamırdılar. Nə isə ediblər ki, yerləri görünsün?”
O, gələnlərin daha yaxşı səviyyədə olduğunu deyib: “Gələnlər məşqdə daha yaxşı görsənirlər. Amma məşqlə qərar vermək olmaz. Əsas oyundur. Bizim də hazırlığın əsas mərhələsi Antalyada olacaq. Oyunlar zamanı nəyə qadir olduqlarını görəcəyik. İnsafən deyim ki, Uğur Pamuk topla hərəkətlərdə heç də pis təsir bağışlamır”.

0
0