Qomeş dönür, Skarlatake qayıtmağa çalışır
13.01.2012 - 14:33
“Braziliyalı futbolçumuz Rikardo Qomeşin məsələsi müsbət həll olunub. Onun qayıtmasını gözləyirik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.
İlk dövrənin gedişində atasının vəfatı ilə əlaqədar rəhbərlikdən icazə alaraq, vətəninə yollanan Rikardo Qomeş hələ də qayıtmayıb. Lənkəranlılar bir müddət gözlədikdən sonra əvvəl AFFA-ya, ardından Braziliyalı Futbol Konfederasiyasına şikayət məktubu göndərmişdi.
Son instansiya FİFA olsa da, Nadirovun sözlərinə görə, ali futbol qurumuna müraciət etməyə ehtiyac qalmayıb: “Qomeşin özü ilə danışmışıq, gəlməyində problem yoxdur. Onun yolunu gözləyirik. Komandamıza Antalya təlim-məşq toplanışında qoşulmağı mümkündür”.
Maraqlıdır, bəlkə mövsümlərarası fasilədə transfer edilən Qomeşin problemi elə “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Redniklə olduğundan, rumıniyalı mütəxəssisin vəzifəsindən çıxarılmağından sonra qayıtmağı qərara alıb? Vitse-prezidentdən bunu soruşmağı lazım bildik: “Mən futbolçu ilə baş məşqçi arasında problem olduğu haqda heç nə deyə bilmərəm. Bu məsələ tarixin yaddaşına köçüb. Əsas odur ki, Rikardonun bizimlə müqaviləsi var və futbolçu onların şərtlərinə uyğun üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”.
Hələ ötən qış Rednikin transfer etdiyi həmyerlisi, mərkəz müdafiəçisi Manuel Skarlatake isə yayda cənub təmsilçisindən ayrıldı. “Xəzər Lənkəran” vətəninə qayıdaraq, Buxarest “Dinamo”sunun heyətində yer alan rumıniyalı futbolçu ilə bağlı xeyli vaxtdır FİFA-ya şikayət edib. Lənkəranlılar ötən mövsüm çempionatımızın gümüşü medalı, ölkə kubokunu qazanmağında əməyi olan Manuelin müqavilə ilə onlara məxsus olduğunu bildirərək, geri qaytarmağa çalışır.
Nadirovun sözlərinə görə, bu məsələ də artıq həllini tapıb: “Skarlatekinin özü ilə danışmışıq. Komandamızın düşərgəsinə qayıtmalıdır. Bildiyiniz kimi, onunla bağlı FİFA-ya şikayət etmişik. Həm Qomeş, həm də Manuelin xeyli müddət komandamızdan kənar qalmalarına münasibətimizi bildirəcəyik. Onların müqavilələri əsasında “Xəzər Lənkəran”dakı fəaliyyətlərinə yenidən baxacağıq”.
Mehman SÜLEYMANOV

0
0